Transfer çalışmalarına başlayan "Araz-Naxçıvan" müqaviləsi başa çatan Tərlan Əhmədli ilə yeni anlaşma imzalayıb. Sport24.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qapıçı növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq. Onunla müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, T. Əhmədli 2024-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edir.