Minifutbol üzrə millimizin Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, baş məşqçi Elşad Tağıyev qitə çempionatında bu oyunçulara güvənəcək:
Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.
Qeyd edək ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Millimiz İtaliya, Fransa və Avstriya yığmaları ilə birgə F qrupunda yer alıb.