"Napoli"nin baş məşqçi postuna Massimiliano Alleqri gətirilə bilər. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, klub prezidenti Aurelio De Laurentis hazırkı baş məşqçi Antonio Kontenin mümkün ayrılığı halında əsas namizəd kimi məhz Alleqrini görür.
Mənbənin sözlərinə görə, təcrübəli mütəxəssisin son iş yerindəki uğursuzluğuna baxmayaraq, De Laurentis onun namizədliyindən imtina etməyib və artıq yeni layihə üzərində işləyir. Klub rəhbəri italiyalı çalışdırıcını ötən yay da Kontenin gedişi ehtimalına qarşı variant kimi nəzərdən keçirmişdi.
Qeyd edək ki, Massimiliano Alleqri hazırda "Milan"ı çalışdırır. İtalyalı mütəxəssis uğursuz nəticələrə görə mövsümün sonunda komandadan ayrıla bilər.