"Şamaxı" futbolçusu Rüfət Abbasov ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Tərəflərin müqavilə müddəti başa çatıb.

 

Klub Rüfətə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.