"Qalatasaray"ın müdafiəçisi Roland Şallai karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fulhem" macarıstanlı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

 

Qışda 10 milyon avroluq təklifi rədd edilən London klubu Şallai ilə üçün İstanbul nəhənginə yenidən müraciət edəcək. Türkiyə çempionu 29 yaşlı sağ cinah müdafiəçisi üçün 15 milyon avro tələb edir.

 

Qeyd edək ki, "Qalatasaray" Roland Şallaini 2024-cü ilin yayında "Frayburq"dan 6 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü başa çatan mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.