"Kəpəz"in yetirmələri Ruslan Quliyev və Elgün Bayramov Azərbaycan Premyer Liqasının son turunda debüt edib. Sport24.az xəbər verir ki, Ruslan Quliyev ilk oyununa 17 yaş 240 günlüyündə çıxıb.

 

Elgün Bayramov isə Premyer Liqada debüt edərkən 23 yaş 81 günlük olub.

 

"Kəpəz" son turda "Neftçi"yə uduzub – 0:1.

 

Komanda mövsümü 10-cu sırada bitirib.