Futbol üzrə Bolqarıstan çempionatında "Konfrans Liqası qrupu" üzrə 36-cı turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda"  səfərdə "Çerno More" ilə qarşılaşıb.

 

Matç qonaqların 3:2 hesablı  qələbəsi ilə başa çatıb.

 

Start heyətində  meydana çıxan Cəlal Hüseynov 63-cü dəqiqədə əvəzlənib.

 

"Arda" hazırda 54 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.