Azərbaycanın 12 yaşadək basketbolçulardan ibarət millisi Gürcüstanın Kutaisi şəhərində keçirilən Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxışını başa vurub. Sport24.az xəbər verir ki, komanda iştirak etdiyi ilk beynəlxalq turnirdə 4-cü yeri tutub.

 

Turnirdə "Tal Teç" (Estoniya), "KKS Basket" (Polşa), "Almaty Legion" (Qazaxıstan), "Batumi", "Telavi" və "Basco 2019" (hamısı Gürcüstan) komandaları iştirak edib.