Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa kubokunun təsnifat mərhələsində yarımfinal oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız Kosovoda təşkil edilən turnirdə Maltaya 21:11 hesabı ilə qalib gəlib.

 

Azərbaycan komandası bu qələbə sayəsində təsnifat mərhələsinin finalına vəsiqə qazanıb.

 

Avropa kuboku 2025

Təsnifat mərhələsi

Yarımfinal

20:00. Azərbaycanın - Malta 21:11

Kosovo, Priştina

 

Qeyd edək ki, basketbolçularımız təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gələrək yarımfinala çıxmışdılar.