Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə şəhər turu keçirilir. Sport24.az "Report"a istinadən xəbər verir ki, şəhər turunda mundialda mübarizə aparmış yığma üzvləri iştirak edirlər.

 

Marşrut Bakının tarixi və görməli yerlərindən keçir.

 

Bundan sonra konsert proqramının keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycanın minifutbol millisi ölkəmizdə keçirilən dünya çempionatının qalibi olub.