"Sanderlend"in futbolçusu Cob Bellingem karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Sport24.az xəbər verir ki, "Borussiya" ingiltərəli yarımmüdafiəçinin keçidini həll edib.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Dortmund klubu Bellingem üçün "Sanderlend"ə 33+5 milyon avro təzminat ödəyəcək. 19 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, İngiltərə U-21 millisinin üzvü olan Bellingem ötən mövsüm"Sanderlend"in heyətində meydana çıxdığı 43 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.