İtaliyanın "Cenoa" klubu baş məşqçi Patrik Vieyra ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi fransalı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Patrik Vieyra ötən ilin noyabr ayında "Cenoa"nın baş məşqçisi təyin olunub. "Qırmızı-mavilər" A Seriyasında mövsümü 43 xalla 13-cü pillədə başa vurub.