21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Monteneqro millisi ilə üz-üzə gəlib.

 

Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, U-21 iyunun 4-də səfərdə Belarusdan olan həmyaşıdlarına 1:3 hesabı ilə məğlub olub.

 

Azərbaycan U-21 - Monteneqro U-21 0:0