İtaliya millisində baş məşqçi dəyişikliyi gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə tanınmış jurnalsit  Canluka Di Marsio sosial şəbəkə hesabında paylaşım edib.

 

Millinin dünya çempionatının seçmə mərhələsində Norveçə uduzması federasiya rəhbərliyini narazı salıb. İyunun 10-da hazırkı baş məşqçi Luçano Spaletti ilə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina arasında görüş olacaq.

 

Mənbənin sözlərinə görə, Spaletti qovulsa, onu Stefano Pioli və ya Klaudio Ranyeri əvəzləyə bilər.

 

Qeyd edək ki, Ranyeri hazırda işsizdir, Pioli isə Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunu çalışdırır.