"Matçdan əvvəl azarkeşlərimizi qələbə ilə sevindirəcəyimizə ümid edirdik". Sport24.az xəbər verir ki, bu sözləri Latviya millisinin futbolçusu Marko Reqza deyib.

O, ötən gün Riqada Azərbaycan millisinə qarşı keçirdikləri yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Biz rəqibin müdafiədən hücuma necə keçdiyini analiz etmişdik. Onlar yaxşı və texniki oyunçulara malik komandadır. Artıq Albaniya ilə matçı düşünməıiyik".

Qeyd edək ki, Latviya - Azərbaycan oyunu qolsuz başa çatıb.