PSJ-nin və Mərakeş millisinin sağ cinah müdafiəçisi Əşrəf Hakimi uzun müddətlik fasilədən sonra ilk dəfə oyuna çıxıb. Sport24.az xəbər verir ki, 27 yaşlı futbolçu Afrika Millətlər Kubokunun ötən gün keçirilən Zambiya yığması ilə matçında oyuna sonradan daxil olub.
Hakimi qarşılaşmanın 64-cü dəqiqəsində Nussair Mazraouinin əvəzinə meydana çıxıb. Bu, ulduz futbolçunun təxminən iki aydan sonra ilk oyunu olub.
Xatırladaq ki, Hakimi noyabrın əvvəlində Çempionlar Liqasında PSJ ilə "Bavariya" arasında keçirilən görüşdə topuq nahiyəsindən ciddi zədə almışdı.