"Santos"un hücumçusu Neymara COVID-19 diaqnozu qoyulub. Sport24.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

 

Braziliyalı cümə axşamından bəri qrupla məşq etməyib. Neymar evdə həkim nəzarətindədir.

 

Forvardın xəstələnməsi onun gələcəyi ilə bağlı qeyri-müəyyən vaxta təsadüf edir. Ulduz futbolçunun "Santos"la müqaviləsi iyunun 30-da başa çatır və tərəflər hələlik müqavilənin uzadılması ilə bağlı razılığa gəlməyiblər.

 

Qeyd edək ki, Neymar bu ilin yanvarında "Santos"a qayıdıb və 14 oyunda meydana çıxıb.