Mövsümlərarası fasilədə heyətdə ciddi dəyişiklər edən "Neftçi" daha iki futbolçu ilə ortaq məxrəcə gəlib. Sport24.az xəbər verir ki, bu dəfə 2 yerli oyunçu anlaşıb.
Ötən mövsüm "Sumqayıt"ın formasını geyinən Elvin Bədəlov və Murad Xaçayev 2025/26 "futbol ili"ndə paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Hər iki futbolçu ilə şifahi razılıq əldə olunub. Millinin Macarıstanla matçından sonra "ağ-qaralar" onlarla münasibəti rəsmiləşdirəcək.
Qeyd edək ki, Bədəlov başa çatan mövsümdə "kimyaçıların" heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Xaçayev isə 39 matçda 1 məhsuldar ötürmə edib.