Mövsümlərarası fasilədə 9 futbolçu ilə vidalaşan "Neftçi" heyəti komplektləşdirmək yönündə çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bir neçə gün öncə  Sessi D"Almeydanın transferini açıqlayan "ağ-qaralar" daha bir legionerlə anlaşmaq üzrədir.

 

Paytaxt təmsilçisi Jordan Rezabala ilə danışıqları yekunlaşdırır. Hazırda Meksika çempionatında mübarizə aparan "Dorados"un formasını geyinən yarımmüdafiəçi yenidən Azərbaycanda oynamağa razıdır. 

 

Qeyd edək ki, 25 yaşlı futbolçu "Neftçi"nin baş məşqçisi Samir Abasova tanış futbolçudur. Rezabala 2024-cü ildən 2025-ci ilin qışına qədər "Sumqayıt"ın uğurları üçün tər töküb.