Heyətində qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevanın da çıxış etdiyi "Zenit" Rusiya Superkubokunun qalibi olub. Sport24.az xəbər verir ki, Sankt-Peterburq klubu Yekaterinburqda keçirilən həlledici matçda Moskva "Lokomotiv"inə 3:0 hesabı ilə qalib gəlib.
Rəqibin 38-ci dəqiqədən azlıqda qalmasından yararlanan "Zenit" ikinci hissədə üç qol vurub. Mirzəliyeva bütün oyunu əvəzolunmadan keçirib.
Qeyd edək ki, tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanan "Zenit" hazırkı ölkə çempionudur.