Yoldaşlıq görüşü çərçivəsində iyunun 10-da, "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan – Macarıstan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, öncə millimizin baş məşqçisi Fernandu Santuş media nümayəndələrinin qarşısına çıxacaq.
Qeyd edək ki, bütün tədbirlər oyunun keçiriləcəyi stadionda baş tutacaq.
9 iyun
Azərbaycan milli komandası
16:15. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Macarıstan milli komandası
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19:45. Mətbuat konfransı