"Fənərbaxça"dan ayrılan Edin Ceko İtaliyaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Bolonya" azad agent statusunda olan bosniyalı hücumçunu heyətinə qatmaq istəyir.

 

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

A Seriyası klubu Cekoya 1+1 illik müqavilə təklif edib. 39 yaşlı forvard hələ qərarıını verməyib.

 

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 53 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu İtaliyada daha əvvəl "Roma" və "İnter"də çıxış edib.