UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, turnirin final oyununda İspaniya və Portuqaliya milliləri üz-üzə gəliblər.
Əsas vaxtı 2:2 hesabı il yekunlaşan matçda əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyası keçirilib. Burada daha dəqiq oynayan Portuqaliya yığması 2-ci dəfə turnirin qalibi adına layiq görülüb.
Qeyd edək ki, 3-cü yer uğrunda baş tutan qarşılaşmada Fransa yığması Almaniya üzərində 2:0 hesablı qələbə qazanıb.
UEFA Millətlər Liqası
Final
23:00 İspaniya – Portuqaliya 2:2 (Əlavə vaxt 2:2) (Penaltilər seriyası 3:5)
Qollar: M.Zubimendi,21, M.Oyarzabal,45 - N.Mendes,26, K.Ronaldo,61