Qadınlar arasında MBA-da çıxış edən “Las Veqas” klubu saxtakarlıqda ittiham olunur. Sport24.az xəbər verir ki, Amerika mətbuatı klub oyunçularla müqavilə imzalatmaq üçün onlara rüşvət verdiyii yazıb.

Məhz qeyri-qanuni yollarla, məsələn, müxtəlif şirkətlərin əli ilə basketbolçulara ödəniş edən Nevadanı təmsil edən klub bununla da liqanın iqtisadi kodeksini pozub. Korrupsiya hallarına yol verməklə las veqaslılar həmçinin maliyyə limitini də aşıb. Hələ ki, “Las Veqas” rəhbərliyi ittihamlara cavab vermir.

Xatırladaq ki, ötən mövsüm “kazinolar şəhəri”ni təmsil edən komanda tarixində ilk dəfə WNBA çempionu olmuşdu. Bu komandanı isə tarixin ən güclü qadın basketbolçularından biri olan Bekki Hemmon çalışdırır.