Basketbol üzrə ABŞ millisi bu ilin avqustun 25-də start götürəcək dünya çempionatına vəsiqəni təmin edib. Sport24.a xəbər verir ki, amerikalılar cümə axşamı seçmə mərhələdə Uruqvay yığmasını 88:77 hesabı ilə məğlub edərək 32 ən yaxşı komanda sırasına qoşulub.

“Yankilər” 15 ay ərzində seçmə mərhələə keçirdiyi 11 oyunun 9-da qalib gəlib. Bu müddət ərzində isə milliyə 52 basketbolçu cəlb olunub.  ABŞ millisinin heyətində əsasən G Liqasının oyunçuları və xarici çempionatlarda oynayan basketbolçular yer alıb.

Xatırladaq ki, mundialların seçmə mərhələsində MBA-da çıxış edən oyunçular milliyə dəvət almır.  Yeri gəlmişkən, 2019-cu ildə Çində keçirilən mundialda amerikalılar 7-ci yeri tutaraq bütün turnirlər tarixində ən zəif göstəricisi ilə yadda qalmışdı. Qarşıdakı dünya çempionatı isə İndoneziya, Yaponiya və Filippində keçiriləcək.