Bu gün "Abşeron Lions" basketbol klubu FIBA Avropa Kubokunda mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, komandamız Estoniya təmsilçisi "Kalev"i qəbul edəcək.
Bakı İdman Sarayında keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, I qrupun ilk görüşündə "Neftçi" Polşada "Trefl"ə uduzub - 63:92.