Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) V turun növbəti matçları keçiriləcək. Sport24.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.

 

Günün ilk qarşılaşmasında B qrupunda "Naxçıvan" "Quba" ilə üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq.

 

A qrupunda isə "Neftçi" NTD ilə qarşılaşacaq. Matçın start fiti saat 18:00-da səslənəcək.

 

Hər iki qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.

 

4 xalı olan "Neftçi" və NTD müvafiq olaraq 5-ci 6-cı yerlərdə qərarlaşıblar. "Naxçıvan" isə öz qrupunda 7 xalla ikinci, 4 xala malik "Quba" isə 6-cı yerdədir.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" isə "Gəncə"ni (84:70) üstələyib.