Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən "Araz-Naxçıvan" bu gün qrupda son oyununa çıxır. Sport24.az xəbər verir ki, təmsilçimiz Niderland çempionu ilə qarşılaşacaq. Bu görüşdə qrupun lideri müəyyənləşəcək. 

 

Qeyd edək ki, 2 oyundan sonra "Tigers Roermond"un 6, "Araz-Naxçıvan"ın isə 4 xalı var.

 

UEFA Çempionlar Liqası

Əsas mərhələ, III tur

18:00. Tigers Roermond (Niderland) - Araz-Naxçıvan

Hakimlər: Viktor Çaix (Fransa), Aslan Qalayev (Qazaxıstan), İrmantas Kapraşovas (Litva)

Timekiper: Laurentiu Deakonu (Rumıniya)

Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)

UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)

1 noyabr. Sala Sporturilor Dunarea.