Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) V tura start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə B qrupunda bir qarşılaşma keçiriləcək.
"Lənkəran" "Ordu"nu qəbul edir. Qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 6 xalla üçüncü, qonaqlar 8 xalla birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.