"Mançester Yunayted" Lill"in 18 yaşlı yarımmüdafiəçisi Əyyub Buaddinin transferində maraqlıdır. Sport24.az "Caught Offside" portalına istinadən xəbər verir ki, ingilis klubu qış transfer dönəmində fransalı futbolçunun keçidini reallaşdırmağı planlaşdırır. 

 

Mənbənin sözlərinə görə, Buaddin London "Arsenal"ı da daxil olmaqla, digər Premyer Liqa klublarının da maraq dairəsindədir. landırır. Bununla belə, hazırda "qırmızı şeytanlar" Əyyubla bağlı "Lill"ə heç bir təklif göndərməyib.

 

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə13 oyunda meydana çıxıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı futbolçunun bazar dəyərinin 30 milyon avro qiymətləndirir.