"Real"ın hücumçusu Kilian Mbappe onun üçün ən yaddaqalan qolun hansı olduğunu bildirib. Sport24.az xəbər verir ki, fransalı forvard bununla bağlı "Marca"ya açıqlama verib: 

 

"Adətən həmişə sonuncu qolumu deyirəm. Amma bu dəfə birincisini, "Santyaqo Bernabeu"da vurduğum ilk qolu seçərdim. "Betis"lə oyundan əvvəl həyəcanlı idim. Evdə keçirdiyimiz ilk oyunda fərqlənmək istəyirdim. Bu qol "Real"dakı hekayəmin başlanğıcı idi deyə, yaddaşımda çox xoş xatirələr buraxdı".

 

Qeyd edək ki, sözügedən matç 2024-cü ilin sentyabrıb 1-də baş tutub. Mbappe İspaniya çempionatının dördüncü turu çərçivəsində baş tutan"Betis"lə görüşdə dublla yadda qalmışdı.