"Barselona" "Strasburq"un 23 yaşlı hücumçusu Xoakin Paniçelli ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Kataloniya klubu argentinalı oyunçunun cari mövsümdəki çıxışından yaxından izləyir. Forvard Fransa çempionatında meydana çıxdığı 10 oyunda 9 qol vurub.

 

Qeyd edək ki, Paniçelli bu mövsüm bütün turnirlərdə 13 oyunda 10 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı 23 yaşlı futbolçunun bazar dəyərini 12 milyon avro qiymətləndirir.