Patrik Vieyra "Genoa"nın baş məşqçi postundan gedib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Klub məşqçiyə və onun heyətinə çalışdığı dönəmdə göstərdikləri sədaqət və peşəkarlığa görə təşəkkür edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.
Qeyd edək ki, fransalı məşqçi 2024-cü ilin noyabr ayından "Genoa" klubunun baş məşqçisi postunu tutub. Cari mövsümdə komanda 9 turdan sonra cəmi 3 xal toplayıb və turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.