Sentyabrda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan ayrılan fransız məşqçi Loran Blan Moskva "Spartak"ının təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə 2Metaratings.ru" portalı məlumat yayıb.
Klub rəhbərliyi Blanın nümayəndələri ilə bir neçə dəfə əlaqə saxlasalar da, PSJ-nin və Fransa millisinin sabiq çalışdırıcısı Rusiyada işləmək barədə düşünmədiyini bildirib.
Qeyd edək ki, Rusiya klubunun rəsmiləri komandanın uğursuz çıxşını nəzərə alıb, noyabrda baş məşqçi dəyişikliyi etməyi planlaşdırırlar.