Böyük Britaniyanın Baş naziri Kir Starmer FIFA-dan 2026-cı il dünya çempionatı üçün biletləri daha ucuz qiymətə satılmasını istəyib. Sport24.az xəbər verir ki, "X" sosial media hesabında paylaşım edib:
"FIFA-nın bilet qiymətlərini endirmək barədə açıqlamasından məmnunam. Amma əvvəllər biletlərə pul yığan biri kimi, qurumu biletləri həqiqətən münasib qiymətə satmaq və mundiala yollanmaq istəyən əsl azarkeşlərlə əlaqəsini itirməməsi üçün daha çox iş görməyə çağırıram".
Qeyd edək ki, daha əvvəl Avropa Futbol Tərəfdarları Assosiasiyası (FSA) FIFA-dan biletlərin yüksək qiymətlərinə görə satışını dayandırmasını tələb etmişdi. Bundan sonra bəzi biletlərin qiyməti on dəfə ucuzlaşıb.