Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin FİFA-nın "The Best" mükafatı üçün "ən yaxşı məşqçi" seçimi müəyyənləşib. Sport24.az xəbər verir ki, Braziliya millisinin italyan çalışdırıcısı ilk pillədə PSJ-nin baş məşqçisi Luis Enrikeni adını qeyd edib.
"Barselona"nın məşqçisi Hans-Diter Flik ikinci yeri tutub. İtaliyalı məşqçi Meksika millisini çalışdıran Xavyer Agirreni ilk "üçlüy"ə daxil edib.
Qeyd edək ki, Luis Enrike FİFA tərəfindən 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Ötən mövsüm onun rəhbərliyi altında PSJ UEFA Çempionlar Liqasını, Liqa 1-i, Fransa Kubokunu və Super Kuboku qazanıb. Mükafatlandırılma mərasimi ötən gün Qətərin Doha şəhərində keçirilib.