- "Kəpəz"in futbolçusu Rauf Hüseynlinin Sport24.az-a müsahibəsi

- İlk olaraq Gəncə təmsilçisinə qayıdışınla bağlı fikirlərini almaq istərdim. Keçid necə baş tutdu?
- ⁠Yenidən hu komandada çıxış etmək mənim üçün xoşdur. Ötən mövsümdə də "Kəpəz"in formasını geyinmişəm. Hər iki tərəf istədi və mən geri qayıtdım.

- Komandanın cari mövsümdəki çıxışını necə dəyərləndirirsən, səncə, uğursuz çıxışın əsas səbəbi nədir?
- ⁠Səbəbini mən də bilmirəm. Düşünürəm ki, yaxşı komandamız var. Yaxşı oyunçulara da malikik. Kollektivdə əhval-ruhiyyə də qaydasındadır.

- Azərbaycan Kubokunda böyükhesablı qələbə qazandınız. II Liqada çıxış edən "Ağstafa Gəncləri"ni 6:1 hesabı ilə məğlub etmək sizə motivasiya verir?
- ⁠Hər qalibiyyət komandaya təsir edir və motivasiya verir. Ümid edirəm ki, qarşıdakı matçlarda da qələbələrə nail olacağıq.

- Bu gün Misli Premyer Liqasında "Neftçi"nin qonağı olacaqsınız. Oyun haqqında nə deyə bilərsən?
- ⁠Çətin qarşılaşma olacaq. Rəqibdə təhlükəli və keyfiyyətli futbolçular çoxdur. Biz əlimizdən gələni edəcəyik. Sonadək döyüşəcəyik, maksimum nəticə qazanmağa çalışacağıq.

- Necə düşünürsən, "Kəpəz" liqada qalması üçün nə etməlidir?
- ⁠Komanda olaraq üzərimizdə çox çalışmalıyıq. Hər matçda son saniyəyədək mübarizə aparmalıyıq. Təslim olmaq lazım deyil. Bütün bunları bacarsaq, yaxşı nəticələr əldə edəcəyik.