Türkiyənin "Fənərbaxça" klubunun qadın voleybolçulardan ibarət komandasının rusiyalı üzvü Arina Fedorovtseva maraqlı açıqlama verib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, evlənmə təklifləri səbəbindən barmağına üzük taxır.

19 yaşlı voleybolçu futbolçuların evlilik təklifləri etdiklərini bildirib: "Futbolçular mesajlar yazır, evlilik təklifi edirlər. Amma hər şeyin öz vaxtı var. Bu an üçün voleybol haqda düşünürəm. Xeyli sayda evlilik təklifləri aldığım üçün ailəm mənə üzük verib və onu barmağımda saxlayıram. Üzüyü görən bəziləri kədərlənirlər.