Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında komanda sayı artırılıb. Sport24.az xəbər verir ki, 2024/2025-ci illər mövsümündə "Xilasedici" və "Sumqayıt" klubları ölkə çempionatında debüt edəcəklər.

 

Bununla bağlı qarşıdakı günlərdə rəsmi açıqlama veriləcək.

 

Qeyd edək ki, ötən il ölkə çempionatında "Azərreyl", "Murov Az Terminal", "Neftçi" və MOİK kollektivləri mübarizə aparıb. Qızıl medallara isə "Azərreyl" sahib çıxıb.