Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınan matçların vaxtları və keçirilmə yeri dəqiqləşib. Sport24.az xəbər verir ki, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.

Günün ilk qarşılaşmasında saat 16:00-da “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.