Voleybol üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu İnessa Korkmaz özünə yeni iş yeri tapıb. Sport24.az xəbər verir ki, İnessa “Dinamo- Ak Bars”ın gənclərdən ibarət komandasının baş məşqçisi təyin edilib.

Andrey Podkopayev “Tuliçu”ya keçdikdən sonra boş qalan baş məşqçi postuna onu dəvət edilib.

​Onu da bildirək ki, İnessa bunadək “Nilufer Bələdiyyəsi”, və “Büyükçekmece” klublarında çalışıb.