Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında məlumat verib. 

O, artıq yeni baş məşqçi axtarışına çıxdıqlarını, Gənclər və İdman Nazirliyi ilə birlikdə bu sahədə prosesləri nəzərdən keçirəcəklərini söyləyib. .

Qeyd edək ki, Güneygil bu ilin mayından Azərbaycan millisini çalışdırırdı.