Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Macarıstanda təşkil olunmuş beynəlxalq “Savaria” turniri çərçivəsində ikinci oyununu keçirib. Sport24.az xəbər verir ki, Niderland millisi yığmamıza set vermədn üstələyib - 3:0 (25:14, 25:13, 25:16).

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda ev sahibi Macarıstana da 2:3 hesabıyla uduzmuşdu. Yığmamız 7-də Çexiya ilə üz-üzə gələcək.