Kişi voleybolçulardan ibarət yığmamız Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq. Sport24.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda Avstriya millisi ilə üz-üzə gələcək.

 

Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) yığmalarını üstələyib.

 

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.