Bu gün kişi voleybolçular arasında Avropa Gümüş Liqasında sonuncu mərhələyə start veriləcək. Sport24.az xəbər verir ki, Farer adalarında baş tutacaq III turun ilk oyununda millimizsi ev sahibi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Azərbaycan millisi növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.