"Neftçi" PFK 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verir. Sport24.az xəbər verir ki, "Ağ-qaralar" iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, "Neftçi" Futbol Mərkəzində keçəcək.

 

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. "Binkovski Hotel"də məskunlaşacaq komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib "Asteras Tripolis" (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq.

 

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.