"Sheki Open" turnirinin açılış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası, Şəki şəhər İcra Hakimiyyəti və "Premier School"un təşkilatçılığı, "SOCAR"ın sponsorluğu, "Sirab"ın tərəfdaşlığı ilə keçirilən festivalda 8 ölkədən 300-dək şahmatçı iştirak edir.

 

Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparır. Hər iki qrupda yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur.

 

Yarışın ümumi mükafat fondu 23 min 450 manat təşkil edir. A qrupunun qalibi 5 min 100, B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 manat qazanacaq.

 

Festival çərçivəsində həmçinin blits və rapid üzrə turnirin keçirilməsi də nəzərdə tutulur.

 

Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 2-ci yarışıdır. Yarışa iyunun 24-də yekun vurulacaq.