Ruslan Litvinov karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, "Beşiktaş" "Spartak"ın yarımmüdafiəçisi ilə yeni müqavilə məsələsinin inkişafını izləyir.

 

Əgər "qırmızı-ağlar" 2026-cı ildə başa çatacaq müqaviləni uzada bilməsələr, Türkiyə klubu futbolçunu transfer etmək üçün addımlar ata bilər.

 

Ötən mövsüm Litvinov Rusiya Premyer Liqasında 21 oyun keçirib, amma məhsuldarlıqla fərqlənməyib.