Bu gün Şəkidə "Sheki Open" beynəlxalq şahmat festivalı start götürür. Sport24.az xəbər verir ki, turnirdə 9 ölkədən 344 şahmatçı çıxış edəcək.

 

Onlardan 56 iştirakçı A turnirində, digərləri isə B turnirində mübarizə aparacaq.

 

A turnirinin reytinq favoriti Azərbaycan qrossmeysteri Eltac Səfərlidir. Start siyahısında ikinci yeri digər azərbaycanlı şahmatçı Əhməd Əhmədzadə, üçüncü yeri isə Ukraynadan Vitali Bernadski tutur.

 

"Sheki Open" Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil edilən "Chess Tour Azerbaijan" seriyasının bir mərhələsidir.

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq turnir iyunun 25-də başa çatacaq.