Azərbaycan şahmatçısı Namiq Quliyev Fransa açıq çempionatında çıxış edib. Sport24.az xəbər verir ki, yarış Sen-Mor-de-Fossedə sürətli şahmat formatında keçirilib.

B

litsdə Quliyev 13 mümkün xaldan 9,5 xal toplayaraq 20-ci yeri tutub. Çempionatın qalibi isə 11,5 xalla fransalı Maksim Laqard olub.

 

Qeyd edək ki, yarışda ümumilikdə 608 şahmatçı iştirak edib.